Skip to content

Bizim

haqqımızda

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq Gəncə Dövlət Universitetinin (GDU) elmi şurası 2021-ci il 4 oktyabr tarixli qərarı ilə GDU-nun nəzdində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzi təsis etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi İli”ni, həmçinin qlobal inkişaf gündəliyinin əsas məsələlərindən biri olan, dayanıqlı inkişaf konsepsiyasının əsas elementlərinin dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi tərəfindən hələ XII-ci əsrdə öz əsərləri vasitəsi ilə təbliğ edildiyini nəzərə alaraq, sözügedən Mərkəzə Nizami Gəncəvinin adı verilmişdir.

Məqsədlərimiz

GDU-nun Nizami Gəncəvi adına Dayanıqlı ağıllı şəhərlər və regionlar mərkəzi öz mandatına uyğun olan sahədə aşağıdakı 5 əsas məqsədi müəyyən etmişdir:

  1. İnsan kapitalını inkişaf etdirmək;
  2. Elmi-tədqiqatlar potensialını gücləndirmək;
  3. Bizneslə elm arasında əməkdaşlığı inkişaf etdirmək vasitəsi ilə ixtiralara və innovasiyalara töhfə vermək;
  4. Dövlət – özəl sektor – universitetlər – elmi-tədqiqatlar – qeyri-hökumət təşkilatları arasında tərəfdaşlığı təşviq etmək;
  5. İctimai maarifləndirmə prosesinə töhfə vermək.

Mərkəzin missiyası dayanıqlı inkişaf, dairəvi iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya, ağıllı şəhərlər və yaşıl enerji mövzularında şəhərlər və regionlar üçün ağıllı, qənaətcil və ekoloji cəhətdən təmiz həlləri tapmaq və bu həllərin tətbiqinə töhfə verməkdir.

Missiyamız

Heyət

Mərkəzin işçi komandası öz sahələri üzrə peşəkar və təcrübəli kadrlardan ibarətdir. Onlar aşağıdakı tərkibdədir
İdarə Heyətinin Sədri. Tarix üzrə fəlsəfə doktoru

Pərvin Kərimzadə

İdarə Heyətinin Sədri. Tarix üzrə fəlsəfə doktoru
Direktor. Texnika elmləri üzrə fəlsəfə doktoru

Vasif Həsənov

Direktor. Texnika elmləri üzrə fəlsəfə doktoru
Direktor Müavini. PhD

Razim Əliyev

Direktor Müavini. PhD
Mütəxəssis. PhD

Mustafa Hüseynov

Mütəxəssis. PhD