Skip to content
goygol

Nizami Gəncəvi adına

Dayanıqlı inkişaf mərkəzi

gence_301214_02

Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı

Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu Proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncə YŞPF strateji baxışı 15 illik bir zamanı əhatə edir. Bu dövrdə Gəncədə çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq və ekoloji probemləri həll etməklə sənaye potensialını inkişaf etdirmək imkanı əldə olunacaq. YŞFP yüksək keyfiyyətli və mükəmməl şəkildə əlaqələndirilmiş yaşıl ərazilərin salınmasına, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılmasına, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi ictimai xidmətlərin yaxşılaşdırılmasına töhfə verəcək.

“Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” layihəsi Avropa komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşdirlir. REFRESH layihəsinin məqsədi Azərbaycan universitetlərində bərpa olunan enerji mənbələri üzrə keyfiyyətli tədrisin əsasını qoymaqdır. Bu baxımdan layihə bərpa olunan enerji mənbələri üzrə universitetlərdə yerli kadrların hazırlanması və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədinə töhfə verəcəkdir. Layihə 6 yerli, 4 Avropa universiteti və qeyri-hökumət təşkilatı olmaqla 15 tərəfdaşdan ibarətdir.

Azerbaijan_State_Economic_University_main_building
377175616-1

Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar və Yaşıl İqtisadiyyat mərkəzlərinin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi

Layihənin əsas məqsədi Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar mərkəzinin inkişaf etdirilməsidir. Layihə mərkəzin ehtiyacların qiymətləndirilməsi, qısamüddətli və uzunmüddətli baxışları özündə əks etdirən yol xəritəsi, mərkəzin gələcək inkişafı üçün qabaqcıl təcrübələrə əsaslanan tövsiyələr və fəaliyyət planı hazırlayacaq.